“İyulun 23-də Milli Şuranın növbəti iclasının keçirilmə ehtimalı var”. Bunu Qaynar.info-ya açıqlamasında “El” hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini, Milli Şuranın üzvü Köçəri Nağıbəyli deyib. O bildirib ki, iyulun 18-də Eldan Namazov ölkəyə dönəcək. Təxminən iyulun 23-də də Milli Şuranın növbəti iclası keçirilə bilər.
Onun sözlərinə görə, iclasda seçki məsələləri müzakirə olunacaq: “Əsasən seçki qərargahının yaradılması, onun üzvlərinin seçilməsi müzakirə mövzusu olacaq. Çünki təşkilati məsələlər, demək olar ki, yekunlaşıb”.
K.Nağıbəyli növbəti iclasda Milli Şuranın əlavə komitələrinin yaradılmasını düşünmür.
Milli Şura üzvü AXC-nin 24 illiyi münasibətilə Milli Azadlıq Hərəkatında fəal iştirak edən insanları da təbrik edib: “Burada əsas Mirmahmud bəyi təbrik edirəm. Əbülfəz Elçibəyin davamçısı kimi ona təbriklərimi çatdırıram”.
K.Nağıbəyli Milli Şuranın vahid Namizədi Rüstəm İbrahimbəyovun AXC-nin 24 illiyi münasibətilə Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) ünvanladığı təbrik məktubuna da münasibət bildirib: “Mən cəbhəçilər arasında fərq qoymuram. Rüstəm müəllimin də təbrikindən xəbərim yoxdur. Mən öz adımdan danışa bilərəm”.
İlkin
Qaynar.info
Şərhlər