Xəbər lenti

"Məqsəd Qurban Məmmədovu içəridə saxlamaqdır"
Siyasət 20:40 24.06.2013

"Məqsəd Qurban Məmmədovu içəridə saxlamaqdır"

Milli Şuranın üzvü Qurban Məmmədovun həbsindən Ombudsman Aparatına şikayət olunacaq.

İyunun 24-də “Media forum” saytına danışan vəkil Süleyman Qasımov deyib ki, Qurban Məmmədovun saxlanma şəraiti və səhhətindən şikayəti yoxdur: “Ayın 22-də Bakı İstintaq Təcridxanasında Qurban bəylə görüşdüm. Vəziyyəti yaxşıdır, heç bir şikayəti yoxdur”.

İyunun 4-də Nəsimi Rayon Məhkəməsi vəkil Qurban Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.

Vəkil bildirib ki, qəza Qurban Məmmədovu həbs etmək üçün bəhanə olub: “Hadisə 2012-ci il sentyabrın 27-də baş verib. Qurban bəy avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirib. Daha sonra zərərçəkmişin bütün ziyanını qarşılayıb. Görünür, sonradan Pərviz Abbasova hədə-qorxu gəliblər, onun əleyhinə ərizə yazmağa məcbur ediblər. Məqsəd Qurban Məmmədovu içəridə saxlamaqdır. Demək olar ki, heç bir istintaq hərəkəti aparılmır”.

Qurban Məmmədov 1959-cu ildə Naxçıvan Muxtar Respublikasında dünyaya gəlib. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. AXC-də və ADP-də, siyasi fəaliyyət göstərib, bir neçə dəfə həbs olunub. 1995-ci ildən vəkillik edir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->