Ümid Partiyasının Avropaya inteqrasiya və Əməkdaşlıq departamentinin rəhbəri Lalə Muradzadə vəzifəsindən azad edilib.
Qaynar.info xəbər verir ki, bu barədə APA-ya partiyanın sədri İqbal Ağazadə məlumat verib.
İ.Ağazadə bildirib ki, bu addımı Lalə Muradzadənin fəaliyyəti onu qane etmədiyi üçün atıb: “Avropaya inteqrasiya və Əməkdaşlıq departamenti ciddi bir sahədir. Lalə Muradzadə təxminən 4 aya qədər həmin departamentin rəhbəri kimi sınaq müddətində çalışdı. Mən də gənc kadr kimi ona etimad göstərdim, lakin təəssüf ki, o bu etimadı doğrultmadı. Buna görə də onu işdən azad etdim. Sonra o bunun səbəbini öyrənməyə çalışdı. Mən də ona bildirdim ki, fəaliyyətiniz məni qane etmədiyindən bu addımı atdım”.
Qeyd edək ki, Lalə Muradzadə mətbuata verdiyi açıqlamada partiya sıralarını tərk edərək Yeni Azərbaycan Partiyasına keçdiyini deyib.
Şərhlər