"Oda" teatrının rəhbəri nazirlə görüşəcək

"Oda" teatrının rəhbəri nazirlə görüşəcək

"Oda" Teatrının rəhbəri Elmin Bədəlov mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək. 

Qaynar.info xəbər verir ki, bu barədə teatrın rəhbəri E.Bədəlov məlumat verib:"Nazir müavini ilə danışığımız oldu və mənə bildirdilər ki, aşıq Yadigar Muradovun teatrımıza qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı bu həftə nazirə məruzə olunacaq, daha sonra həftə içi mənim nazirlə görüşüm baş tutacaq. Teatrımıza yaranmış problemlə bağlı bütün məsələləri nazirin diqqətinə çatdıracağam. Xüsusilə də Şuşa Teatrının direktorunun "Oda" Teatrına qarşı qaldırdığı 20 min manatlıq təzminat iddiasını vurğulayacağam".

Qeyd edək ki, aşıq Yadigar Muradov Elmin Bədəlovun jurnalist fəaliyyəti ilə əlaqədar "Oda" Teatrını məhkəməyə verib və 20 min manat təzminat tələb edir. Məhkəmə noyabrın 28-i saat 10:00-da Biləsuvar Rayon Məhkəməsində, hakim Azər Səmədov tərəfindən aparılacaq.

Qaynar.info

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR