Xəbər lenti

Sənət 18:30 16.03.2015

"Qanun" nəşriyyatından yeni kitablar

Bu gün Qanun nəşriyyatında iki yeni kitab yayıma göndərildi. Bunlar türk ictimai-siyasi xadimi Mühitdin Birgen-in "İttihad və Tərəqqidə 10 il” kitabı və Rəşad Məcidin "Roman” adlı sevgi şeirləri kitabıdır.

Mühitdin Birgenin xatirələrində ADR ömrünə baxış

Mühitdin Birgen Türkiyənin Osmanlı İmperiyası və Türkiyə cumhuriyyəti dövrünün ictimai-siyası və mədəni həyatında mühüm yer tutan, dövrünə görə mükəmməl təhsili olan aydınlarından biridir. 

"İttihad və Tərəqqidə 10 il” kitabında onun Azərbaycan cumhuriyyəti dövrünə aid xatirələri və ölkəmizin siyasi və mədəni həyatına müəllifin şəxsi baxışı sərgilənir. Kitabda Azərbaycanda keçirdiyi günlər, ictimai fəaliyyəti və yaşadıqlarını qələmə alan yazıçı qısa ömrü olan Azərbaycan demokratik Respublikasına geniş baxış sərgiləyir. 

Tərcümə : Vilayət Quliyev

"Roman”ı oxumursan, həm də yaşayırsan

Azərbaycan yazıçılar birliyinin katibi, 525-ci qəzetin redaktoru Rəşad Məcidin "Roman” adlı şeirlər kitabında onun illər öncə yazdığı sevgi şeirləri yer alıb. 

Şırıltı duyulur mürgülü qandan,

Ayrılır yuxudan, açılır dondan,

Beş ildi xəbərim yoxuydu ondan,

İtmiş ürəyimin yerini tapdım.

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin illər öncə yazdığı "Roman” adlı sevgi şeirləri silsiləsini həyəcansız oxumaq qeyri-mümkündür. Şeirdən-şeirə çılğın aşiqin duyğuları, təlaşı və tərəddüdləri, cəsarəti və  qorxuları, ümidləri və gözləntiləri oxucunu təsirinə salır, olayların iştirakçısına çevirir. Rəşad Məcid "Roman”ını sadəcə oxumursan, həm də yaşayırsan... 

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?