“Dünya birliyi ermənilərin öz təxribatını davam etdirməsinə imkan verməcəyək”
“Dünyanın bir çox beynəlxalq təşkilatları, o cümlədən müxtəlif zamanlarda ATƏT Minsk Qrupunun həmsədrləri Xocalıdakı aeroportun açılmasının bütövlükdə Cənubi Qafqazda sülh prosesinə ciddi ziyan vuracağı haqqında çox sərt bəyanatlar veriblər. Bu bəyanatlar kifayət qədər ciddi bəyanatlardır və onların səsləndirilməsi erməni tərəfinin atdığı addımın təxribat xarakteri daşıdığından xəbər verir”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov deyib.
Ə. Əhmədov qeyd edib ki, əgər ermənilər öz təxribatçı əməllərindən əl çəkmək istəmirlərsə, bu, onların dünya birliyinə meydan oxumaq niyyətlərindən xəbər verir: “Dünya birliyi, müvafiq beynəlxalq təşkilatlar ermənilər tərəfindən bu təxribatın yürüdülməsinə imkan verməyəcək. Digər tərəfdən Azərbaycan Ermənistan tərəfdən belə bir təxribatın qarşısını almaq iqtidarındadır”.
Şərhlər