Vəkil Qurban Məmmədovun həbs müddətinin uzadılması barədə qərardan apellyasiya şikayəti verilib.
Bu barədə APA-ya vəkil Cavad Cavadlı məlumat verib. C. Cavadlı apellyasiya şikayətinə yaxın günlərdə baxılacağını deyib.
Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Avqustun 1-də isə məhkəmə həbs-qətimkan tədbirini 1 ay da uzadıb. Apellyasiya şikayəti həmin qərardan verilib.
Şərhlər