İdman 01:02 08.11.2019

Qurban Qurbanov: "Hələ heç nə bitməyib"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-ə 1:2 hesabı ilə uduzduqları matçı şərh edib.

Qaynarinfo-nun klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, o, görüşlə bağlı deyib:

"Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq. Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik".