Ötən həftə milli ilə yolları ayrılan Qurban Qurbanov AFFA-dan təzminat tələb etməyib.
46 yaşlı çalışdırıcı keçən il bağlanılan sözləşmənin yerdə qalan 5 illik ödənişini assosiasiyaya bağışlayıb.
Qurbanov bir daha bu addımı ilə millinin "sükanı arxası”na pul üçün keçmədiyini isbatlayıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, Qurban Qurbanov yığmanın baş məşqçisi olaraq aylıq 17 min manat maaş alıb. Bu isə illik 204,000 manat deməkdir. Yəni, Qurbanovun AFFA-dan 1 milyon 20 min manat tələb etməyə tam haqqı var idi.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər