Xəbər lenti

Azərbaycanın iki məşhur bankı birləşir - EKSKLÜZİV
Ekonomiks 17:39 13.01.2018

Azərbaycanın iki məşhur bankı birləşir - EKSKLÜZİV

Azərbaycanın iki bankı birləşir. Bu barədə Qaynarinfo-ya bank sektorundakı mənbə məlumat verib.

Məlumata görə, yaxın vaxtlarda "Rabitəbank" "Bank Respublika" birləşəcək. Bu proses "Rabitəbank"ın "Bank Respublika"ya birləşdirilməsi yolu ilə həyata keçiriləcək. Məlumatda həmçinin qeyd olunur ki, artıq bu barədə danışıqlara başlanılıb.
 
Bir neçə ay öncə də adları çəkilən banklar bankomat şəbəkəsini birləşdirmiş və müştərilərinə bir-birinin bankomatlarından komissiyasız istifadə etmək imkanı yaratmışdı.

Qeyd edək ki, bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən "DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib. 2015-ci ildə "Azərbaycan Kredit Bankı” "Bank of Azerbaijan” ASC,  1 il sonra "Qafqaz İnkişaf Bankı" ASC, "Atrabank" ASC, "Texnikabank” ASC, "Bank Standard", "Dekabank” ASC, "Kredobank" ASC, "Parabank” ASC"Zaminbank” ASC bağlanıb.

Bir müddət əvvəl Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bağlanması gözlənilən bankların adlarını açıqlamışdı ki, onlardan biri də "Bank Respublika" idi: "Maliyyə Bazarlarına Nəzarət Palatasının və yaxud Mərkəzi Bankın hansı yöndə qərar verəcəyini söyləmək çətindir. Amma zaman-zaman nüfuzlu beynəlxalq reytinq agentliklərinin Azərbaycan bank sektoru ilə bağlı hesabatları dərc olunur. Bu hesabatlardan çıxış edərək müəyyən fikirlər yürütmək mümkündür. Son açıqlanan hesabatlarda "Bank of Baku"nun, "AG Bank"ın, "Bank Respublika"nın və "Unibank"ın adları keçir. Qeyd olunur ki, bu bankların kifayət qədər problemləri var, problemli kreditlərin həcmi yüksəkdir və kreditləşməyə yenidən başlaya bilmirlər".
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->