İdman 19:17 09.11.2019

Ramil Şeydayev 35 gündən sonra meydana çıxdı

Rusiya Premyer Liqasında növbəti turun oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Dinamo” "Rubin”in qonağı olub. Oyun Moskva klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil 73-cü dəqiqədə Maksimilian Filipi əvəzləyib. Beləliklə, Şeydayev 35 gün sonra meydana çıxıb. O, sonuncu dəfə oktyabrın 5-də "Orenburq”la matçda forma geyinmişdi.