Azərbaycan millisinin və Rusiyanın "Krılya Sovetov” klubunun futbolçusu Ramil Şeydayev İçərişəhərdən video paylaşıb.
Qaynarinfo Futbolçu sosial şəbəkə hesabında yerləşdirdiyi videoda uşaqlarla futbol oynayıb.
R.Şeydayev videonu "Bye-bye Baku” (Hələlik, Bakı - red.) başlığı ilə paylaşıb.
Qeyd edək ki, R.Şeydayev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin heyətində Macarıstana (1:3), Slovakiyaya (1:5) qarşı oyunlarda iştirak edib.
Şərhlər