Xəbər lenti

Siyasət 15:20 13.06.2013

Ramiz Mehdiyev Heydər Əliyevdən yazdı

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rəsmi dövlət qəzeti “Azərbaycan”ın 13 iyun sayında mərhum prezident Heydər Əliyevlə bağlı məqalə yazıb. 

Məqalədə deyilir: “Müstəqilliyin ilk illərində Azərbaycan dövlət quruculuğunun zəruri vəzifələrinin heç kiçik hissəsini də (xarici təcavüzün dəf edilməsi, daxili siyasi kontekstin sabitləşdirilməsi, cəmiyyətin tam xaos və vətəndaş müharibəsinə sürüklənməsinin qarşısının alınması, heç olmasa, minimum həyat qabiliyyətinə malik iqtisadiyyatın yaradılması) həll etməyə müvəffəq ola bilmədi.

İdarəçilikdə diletant metodlar və ölkə rəhbərliyinin, xüsusilə də xarici siyasət, müdafiə qabiliyyəti və iqtisadi islahatlar sahəsində tam fərasətsizliyi Azərbaycan cəmiyyətində daxili siyasi qarşıdurmanı son həddə qədər qızışdırmış və separatçılıq əhval-ruhiyyəsinin güclənməsi üçün zəmin yaratmışdı. Bu cür şəraitdə hər hansı uzunmüddətli plana nail olmaq üçün millətin birləşməsindən söhbət gedə bilməzdi. Ölkə rəhbərliyi də öz məqsədlərini aydın ifadə etmək iqtidarında deyildi. Uğursuz siyasət nəticəsində dövlət təsisatları və ictimai təsisatlar tamamilə tənəzzülə uğramışdı. 1988-ci ildən 1993-cü ilə qədər olan dövrü tam əminliklə qarışıqlıq, hakimiyyətsizlik və anarxiya dövrü adlandırmaq olar.

Tarixi miqyaslı şəxsiyyət olan Heydər Əliyev ölkədə yaranmış vəziyyəti dəqiq qiymətləndirərək bütün Azərbaycan cəmiyyətini Azərbaycan dövlətinin mövcudluğu baxımındın həyati əhəmiyyət daşıyan məsələlərin, o cümlədən hakimiyyət vakuumunun aradan qaldırılması, separatçılıq və silahlı bandit dəstələrinin təhdidlərinin qarşısının alınması, döyüş qabiliyyətli ordu yaradılması məsələlərinin həll edilməsi üçün səfərbər etdi. Azərbaycan xalqı Heydər Əliyevin yorulmaz dövləti fəaliyyəti sayəsində cəmiyyətin daxilindəki ziddiyyətləri həll etməyə və yüksələn inkişaf üçün zəmin yaratmağı bacaran, güclü məna potensialı ilə yüklənmiş milli ideyaya sahib oldu”.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?