Rauf Əliyev "DÇ-2014"-ün tarixinə düşdü

Rauf Əliyev "DÇ-2014"-ün tarixinə düşdü

"DÇ-2014"ün seçmə mərhələsinin bombardirləri bəlli olub.

Qol.Az-ın məlumatına görə, siyahıya üç futbolçu başçılıq edib. Robin Van Persi (Hollandiya), Luis Suarez (Uruqvay) və Dion Makkoli hərəyə 11 dəfə rəqib qapılarına yol tapıblar. Lionel Messi (Argentina) və Edin Dzeko (Bosniya və Hersoqovina) isə ikinci pillədə qərarlaşıblar. Hər iki futbolçu seçmə mərhələni 10 qolla başa vurublar.

Avropa zonasından ən çox məhsuldar ötürmə ilə yadda qalan futbolçular Tomas Müller (Almaniya), Joao Moutinyo (Portuqaliya) və Jermen Lens (Hollandiya) olublar. Ümumilikdə seçmə mərhələnin statistikasına baxdıqda millimizin heyətində yalnız Rauf Əliyevin fərqləndiyini görərik. R.Əliyev ən çox kobudluq edilmiş futbolçular sırasında yer alıb. Seçmə mərhələdə "Bakı"nın futbolçusuna qarşı 23 qayda pozuntusu qeydə alınıb.

Qaynar.info 

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR