Xəbər lenti

Rayon qeydiyyatında olanlar paytaxtda I sinifə gedə bilərmi? (RƏSMİ)
Ölkə 13:38 20.04.2021

Rayon qeydiyyatında olanlar paytaxtda I sinifə gedə bilərmi? (RƏSMİ)

"Bakı şəhərində daimi qeydiyyatı olmayan şəxslərin övladları paytaxtda I sinifə gedə bilərlər”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev bildirib.

Onun sözlərinə görə, valideynlər paytaxtda əksər məktəblərə sorğu verərək uşağını məktəbə qəbul etdirə bilər:

"Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->