"Real" Avstriyanın "Zaltsburq" klubundan Erlinq Holandı heyətinə qatmaq istəyir.
Qaynarinfo xəbər verir ki, Madrid klubu 19 yaşlı hücumçunun transferini gələn yay reallaşdırmaq niyyətindədi.
Qeyd edək ki, Holand Çempionlar Liqasının qrup mərhələsinin I turunda Belçika "Genk"ini 6:2 hesabı ilə məğlub etdikləri matçda het-trik edib. O, bu mövsüm 11 oyuna 18 qol vurub və 5 əhsular ötürmə edib. Norveçli forvard 20 yaşadək futbolçular arasında dünya çempionatında Hondurası 12 cavabsız qolla məğlub etdikləri görüşdə 9 qolun müəllifi olub.
Şərhlər