Xəbər lenti

İdman 20:18 21.09.2019

"Real" fantastik məbləğdə təzminat ödəyə bilər

Çempionlar Liqasının ilk turunda PSJ-yə 0:3 hesabı ilə uduzan "Real"da vəziyyət gərginləşib.

Qaynarinfo xəbər verir ki, azarkeşlər və bəzi klub rəsmiləri uğursuzluğa görə baş məşqçi Zinəddin Zidanı günahlandırır. Hətta kluba yaxınlığı ilə tanınan AS qəzetinin bununla bağlı keçirdiyi sorğu iştirakçılarının 57 faizi Zidanın günahkar oluduğunu bilirib. Fransız mütəxəssisin tezliklə "Kral Klubu"ndan gedəcəyi deyilir.

Bu arada Kataloniya mərkəzli "Sport" qəzeti yeni bir iddia ilə çıxış edib. Qəzet yazıb ki, "Real"la 3,5 illik anlaşma imzalayan Zidanın müaviləsindəki təzminant maddəsi 80 milyon avrodu. Bunun 39 milyon avrosu nağd ödənməlidi. 

Qeyd edək ki, Zidanın illik maaşı 13 milyon avrodu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->