Xəbər lenti

Video 09:47 02.08.2023

"Real Madrid"in keçmiş futbolçusu rəqibinin ayağını qırdı (FOTO/VİDEO)

Braziliyanın "Fluminense" klubunun futbolçusu Marselo Libertadores Kubokunun 1/8 finalında Argentinanın "Argentinos Xuniors" klubunun futbolçusu Lusiano Sançesə ağır xəsarət yetirib.

Qaynarinfo xəbər verir ki, matçın ikinci hissəsində "Real Madrid"in keçmiş müdafiəçisi driblinq edərkən səhvən rəqibinin ayağını sındırıb. 

Marselo bu qayda pozuntusuna görə meydandan qovulub. 35 yaşlı futbolçu rəqibinə xəsarət yetirmək istəmədiyini bildirib və göz yaşları içində meydanı tərk edib. Daha sonra o, "Twitter"də Sançesdən üzr istəyib.

"Bu gün meydanda çox çətin anlara dözməli oldum. Mən təsadüfən həmkarıma xəsarət yetirdim. Sizə tezliklə sağalmağınızı arzu edirəm, Lusiano Sançes", deyə Marselo yazıb.

Marselo "Fluminense" ilə 2024-cü ilin dekabrına qədər müqavilə imzalayıb. Müqavilənin daha bir il uzadılması mümkündür.

O, 2007-2022-ci illərdə "Real Madrid"də çıxış edib və 25 kubok qazanaraq klub rekorduna imza atıb. Braziliyalı 5 dəfə Çempionlar Liqasının qalibi olub, 3 Avropa Super Kubokunu, 4 dəfə klublararası dünya çempionatını qazanıb.

Marselo həmçinin 6 dəfə La Liqada, 2 dəfə "Kral Kuboku"nda və 5 dəfə İspaniya Super Kubokunda qalib adı qazanıb. Braziliya millisinin forması ilə keçirdiyi 58 matçda 6 qol vurub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->