"İnter"də kapitanlıq sarğısından məhrum edilən və "Rapid"lə Avropa Liqası oyununu heyətindən çıxarılan Mauro İkardi dünya mediasının gündəmindən dəşmür.
Bildirilir ki, ulduz futbolçunun həyat yoldaşı və meneceri Vanda Naranın klubun transfer siyasətini və oyun stilini tənqid etməsi vəziyyətin gərginləşməsinə səbəb olub. "İnter" uzun müddətdi İkardiyə yeni müqavilə təklif edib. Amma ər-arvad yeni anlaşmanı imzalamaqdan imtina edir. Üstəlik Naranın klubu hədəfə alması rəhbərliyin səbr kasasını daşırıb.
Qaynarinfo "Marca"ya istinadən xəbər verir ki, İkardinin karyerasında Naranın bu qədər ön planda olması təkcə "İnter"i narahat etmir. Qəzetin iddiasına görə, "Real" argentinalı hücumçunun transferindən məhz bu amilə görə imtina edib.
Bildirilir ki, qış fasiləsində onun "Real"a transferi yenidən gündəmə gəlib. Lakin Naranın hərəkətləri "Real" rəhbərliyini narahat edib və bu səbəbdən transfer baş tutmayıb.
Bu arada İtaliyada Naraya etirazlar gün keçdikcə artır. Belə ki, "İnter"in azarkeşləri xanım menecerin avtomobilini daşa basıb. "La Gazzetta dello Sport"un məlumatına görə, hadisə dünən "San Siro" stadionun yaxınlığında baş verib.
Şərhlər