"Camaat meydana çıxanda İsa getdi evində oturdu"“Nə isa Qəmbər, nə də Əli Kərimli bu xalqı düşünürlər. Onları daha çox öz şəxsli maraqları düşündürür”. Bu fikirləri Modern.az saytına sabiq müdafiə naziri Rəhim Qazıyev bildirib.
Ölkədə seçkiqabağı siyasi vəziyyətə münasibət bildirən keçmiş nazir Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlininin ünvanına ağır ittihamlar irəli sürüb.
R.Qazıyev müxalifət liderlərini həmçinin görüşə çağırıb:
“Mən nə İsa Qəmbəri, nə də Əli Kərimlini dəstəkləyirəm. Bu insalar ancaq öz maraqları naminə çalışırlar, onları nə xalq, nə də millət düşündürür. Problemlər qalıb qıraqda, bunlar aralarında bir-birlərini qırırlar ki, birinci mənəm.
Əlini tərifləyən kimi Müsavat başlayır qırğın salmağa, İsanı tərifləyən kimi cəbhəçilər. Bu insanlar heç vaxt bir olmayıblar, olan da deyillər.
İsa Qəmbər də, Əli Kərimli də Əbülfəz Elçibəyi özlərinə müəllim, yol göstərən seçmişdilər. Əlinin də, İsanın da, Mirmahmudun da başının üstündə Elçibəyin şəkli var. İsa Qəmbər 2000-ci ildə Elçibəyin tabutunun qarşısında baş əyirdi, amma 1998-ci ildə seçkilərdə geri durmadı ki, Əbülfəz bəy gəl, sən önə keç.
İsa Qəmbər vahid komandanı parçaladı. Gəlsinlər oturaq bir yerdə görüşək, bu sözləri üzlərinə də deməsəm, sübut eləməsəm, qulaqlarımı kəsərəm.
Bunlar 20 ildir millətdən nə istəyirlər. 2003-cü ildə mən həbsxanada olanda İsa Qəmbər xalqın qarşısında bildirdi ki, “siz mənə səs verin, sizi müdafiə eləmək mənlikdir”. Camaat meydana çıxanda İsa getdi evində oturdu. Mənim o yaşım deyil ki, nəyisə gopa basım”-deyə R.Qazıyev müxalifət liderlərini topa tutub.
Qaynar.info
Şərhlər