Xəbər lenti

Rəqəmsal sürücülük vəsiqəsi istifadəyə veriləcək
Texnologiya 16:52 15.05.2018

Rəqəmsal sürücülük vəsiqəsi istifadəyə veriləcək

Avstraliyanın Yeni Cənubi Uels əyalətinin Dubbo ərazisində rəqəmsal sürücülük vəsiqəsinin istifadəsinə start verilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, əyalətin Maliyyə, Xidmətlər və Mülkiyyət naziri Viktor Dominello bu barədə məlumat verib. Hazırda bu xidmətdən 1400 nəfər istifadə edir və gələcəkdə, bütün əyalət və ölkədə tətbiqi planlaşdırılır. Bunun üçün parlamentdə müvafiq qanun qəbul ediləcək. Sürücülər smartphone-lara tətbiqetmə yükləyərək sürücülük vəsiqəsindən istifadə edəcək. Rəqəmsal sənədin polis nəzarəti, gecə klublarına giriş zamanı da istifadəsi mümkün olacaq. Sürücülərə həmçinin sürücülük kartı veriləcək, lakin bu sənədi yanlarında gəzdirmək məcburiyyəti qoyulmur.

Qeyd edək ki, sistem oğurluq, sənəd saxtalaşdırma halları zamanı yaranan problemlərin qarşısını almağı da hədəfləyir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->