İdman 20.01.2022

Rəşad Sadıqov: "Qarşımıza qoyduğumuz tapşırıqlardan biri bu idi"

Bu gün baş tutan "Zirə" - "Qurnik" (2:2) matçından sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov fikirlərini bölüşüb.
 
Qaynarinfo xəbər verir ki, mütəxəssis bunları söyləyib:
 
"Maksimum çalışırdıq ki, sürətli oyun getsin. Oyunumuzun keyfiyyətini artırmaq istəyiriksə, sürət şərtdi. Antalyaya gələndə qarşımıza qoyduğumuz tapşırıqlardan biri bu idi. Futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, hərəkətli, dinamik idilər. Oyun gözləniləndən də yaxşı alındı. İkinci matçımız idi. Mümkün deyil ki, komanda, futbolçular ideal formada olsun. Əllərindən gələni etdilər ki, planlaşdırdıqlarımızı meydanda yerinə yetirsinlər".
 
Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?