Video 20:12 20.09.2020

Rəşad Sadıqovun komandası uduzdu (VİDEO)

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, Rəşad Sadıqovun başçılıq etdiyi "Zirə" doğma meydanda "Sabah"ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Xulio Sezar Rodrigez 51-ci dəqiqədə fərqlənib. 90+2-ci dəqiqədə isə Kevin Kubemba fərqi artırıb.

Bu nəticədən sonra "Sabah" 6-cı xalını qazanıb, cari mövsüm ilk dəfə məğlub olan "Zirə"nin isə 4 xalı var.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq. Turun əvvəlki matçlarında "Sumqayıt" evdə "Səbail"i 2:1 hesabı ilə üstələyib, "Qəbələ" - "Keşlə" duelində qol vurulmayıb.