Tanınmış həkim, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun səhhətində problem yaranıb.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, Rəşid Mahmudovun gözündə katarakta əməliyyatı aparılıb.
Bu barədə məlumatı xəstəni əməliyyat edən göz həkimi Tural Qəlbinur verib.
O, əməliyyatın uğurla sonuclandığını qeyd edib.
Şərhlər