Xəbər lenti

Siyasət 11:56 18.03.2013

Rəsul Quliyevdən İsa Qəmbərə sərt CAVAB

"Onu seçkilərə buraxmırdılar xahiş etdim ki, gəlsin mən iştirak edən dairədən namizədliyini versin". 

Qaynar.info-nun məlumatına görə, bunu eks-spiker Rəsul Quliyev Müsavat başqanı İsa Qəmbərin dünən gənclərlə görüşündə işlətdiyi "Rəsul Quliyev spiker kimi xalqın seçimi deyildi, ona Heydər Əliyev dəstək vermişdi" ifadəsinə öz bloqunda münasibət bildirərkən deyib.

Eks-spikerin Müsavat başqanına verdiyi cavabı olduğu kimi təqdim edirik:

“Onunla əlaqədar bir söz demək fikrim yox idi. Ancaq onu deyə bilərəm ki, 1990-cı ildə Ali Sovetə deputat seçkilərində Mütəllibov 12 nəfəri o cümlədən Xalq Cəbhəsindən namizədi seçki dairəmdən namizəd kimi irəli sürdürməklə mənim ikinci tura belə keçməyimə nail ola bilmədi. Bütün respublikada mən yeganə adam idim ki, heç kimlə razılaşdırmamış namizədliyimi vermişdim və həm hökumət, həm də Xalq Cəbhəsi nümayəndələrini udmuşdum. Həmin seçkilərdə Xalq Cəbhəsinin liderlərindən biri sayılan İsa Qəmbər həmişəki kimi öz dairəsindən seçilə bilməmişdi. 1991-ci ildə Mütəllibov razılıq verəndən sonra mənim Bakı şəhərinə deputatlığa namizədliyimi verdiyim dairədən onun da parlamentə namizədliyini ikinci dəfə verdilər. Mənə lazım olan 2500 səsi verənlərin hamısından xahiş etdim ki, onlar həm də İsa bəyə səs versinlər. 2500 seçicidən sonra seçki məntəqələri bağlandı, çünki heç kim daha səs verməyə gəlmədi. Ancaq bunun əhəmiyyəti o qədərdə yox idi, Mütəllibov artıq razılıq vermişdi. Mənim Bakı şəhərinə deputatlığım da böyük qalmaqalla baş tutdu. Polis qutuları oğurladı, ancaq xeyri olmadı. İnsanlar gecə səhərə qədər seçki komisiyasının qarşısından çəkilmədi. Mənə zəng etdilər ki, biz icra başçısının müavini Kovalyevanı seçməliyik, xahiş edirik deyəsən adamlar çıxıb getsin. Xeyri olmadı məni seçdilər. Beləliklə mən tək parlament yox, Bakının da deputatı seçildim.

Həmin 1995-ci ildə namizədliyimi irəli sürəndə İsa Qəmbər və başqa müxalifət liderlərinə müraciət etdim ki, gəlib mənə rəqib olsunlar. Onu seçkilərə buraxmırdılar xahiş etdim ki gəlsin mən iştirak edən dairədən namizədliyini versin. Təəssüf ki, bu işi görmədi”.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?