“Dövlətçilikdən "uzaq" bir insana baş nazirlik verməkdə məqsədi nə idi?”
ACP liderinin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu Qaynar.info-ya göndərdiyi açıqlamada Müsavat Partiyasının rəhbərliyinə bir sıra suallar verib.
A.Şakiroğlu Müsavat rəhbərliyinə sual edir: "Arif Hacılı, deyirsiniz ki, ACP lideri Rəsul Quliyev dövlətçilik təfəkküründən uzaq adamdır, 1991-ci ildə müstəqilliyin əleyhinə səs verib, Rəsul Quliyev kimi adamların hesabına AXC-Müsavat hakimiyyəti devrilib və.s bu kimi ihtihamlar səsləndirirsiniz. O zaman sual yananır, bəs, 2003-cü ildə Müsavat başqanı İsa Qəmbər Rəsul Quliyevlə nəyə görə koalisiya yaradıb ona baş nazirlik təklif etdi? Dövlətçilikdən "uzaq" bir insana baş nazirlik təklif etməkdə məqsədi nə idi? Dövlətçilikdən "uzaq" adamla müttəfiq olmaq özü dövlətçilikdən uzaq olmaq rəyi yaratmırmı? Nəyə görə İsa Qəmbər 2003-cü il prezdent seçkilərindən öncə ABŞ-a Rəsul bəydən dəstək almağa getdi? Nəyə görə yenidən 2005-ci ilin mart ayında Rəsul Quliyevlə müttəfiq olaraq "Azadlıq" blokunu təsis etdi? 2005-ci il mitinqlərində tribunalarda Müsavat başqanı İsa Qəmbər də, elə Siz özünüz də dəfələrlə Rəsul bəyə tərif edəndə bunlar yada düşmürdü? Sizlərin bu çıxışlarınız xalqın hələ də yadındadı. Unutsanız, video arxivə nəzər yetirə bilərsiniz. Nəyə görə "dövlətçilikdən uzaq adam" barəsində müsbət fikirlər söyləyirdiniz? İsa bəylə Sizin hər ikinizin "dövlətçilikdən uzaq, təsadüfü adamları" müdafiə etməkdə məqsədiniz nə idi? Xahiş edirəm, suallarıma dəqiq cavab verin. Verə bilmirsinizsə, susun, bu milləti 2003-cü ildə bacarıqsız fəaliyyətinizlə aldatdığınız kimi 2013-cü ildə də aldatmayın!"
Qaynar.info
Şərhlər