"Ripple"ın (XRR) CEO-su Bred Qarlinqhaus açıqlamasında "Bitcoin"in (BTC) hakimiyyətini itirəcəyini və digər kriptovalyutalar üzərindəki təsirinin azalacağını bildirib.
Qaynarinfo kripto.az-a istinadən xəbər verir ki, Qarlinqhaus BTC-nin XRP üzərindəki təsirini belə izah edib:
"XRP-nin qiyməti ilə BTC-nin qiyməti arasında yüksək səviyyəli əlaqələr olmasına baxmayaraq, nunlar açıq kodlu, müstəqil texnologiyalardır”.
Mütəxəssis kriptovalyuta bazarının bir gün spekulyasiyadan xilas olub, daha rasional olmasına ümid etdiyini "hələ ki, tezdir, lakin zamanla daha ağıllı hərəkətlər görəcəyik” sözləri ilə vurğulayıb.
Qarlinqhaus kriptovalyuta bazarının oynaqlığı ilə bağlı verilən sualı belə cavablandırıb:
"Sektor tam yetkinləşmədiyinə görə, spekulyasiyaların ardı-arası kəsilmir. Fikrimcə, investorların kriptovalyutaların istifadəsinə diqqət yetirilməli olduqlarını anlamalıdır. Bu oyunda çoxlu iştirakçı var, hər hansı həll gətirməyənlər uzun müddət mövcud olmayacaq”.
Bred Qarlinqhausun real həyatdakı problemləri həll etmək iqtidarında olmayan kriptovalyuta və layihələrin yox olacağını düşündüyünü söyləyib. O, "xRapid”, "xCurrent”, "xVia” və "RippleNet” texnologiyaları ilə dünyada pul köçürmələri üzrə bütün sərhədləri aradan qaldırmağı planlaşdırır.
Kriptovalyuta bazarı ilin I rübündə böyük dəyər itirdi. XRP ən çox itkiyə məruz qalan kriptovalyutalardan idi. Coinmarket.cap-in məlumatına görə, BTC-nin cari bazar payı 38,9%-dir.
Digər tərəfdən, "Ripple" SEC-in nəzarəti altındadır. SEC-in rəhbəri bütün kriptovalyutaların qiymətli kağız hesab edilməsinin vacibliyini bildirmişdi. Qarlinqhausun fikrincə, XRP istiadə sahəsi fərqli olduğu üçün qiymətli kağız sayılmamalıdır.
Şərhlər