Fransız aktrisa Valentina Monnier dünya şöhrətli rejissor Roman Polanskini təcavüzdə ittiham edir.
Qaynarinfo xəbər verir ki, iddiaya görə, hadisə 1975-ci ildə İsveçrədə xizək mərkəzində baş verib. Rejissor aktrisaya seksual münasibət təklif etsə də, rədd cavabı alıb. V.Monnier otağında tək olan zaman Polanskinin təcavüzünə məruz qalıb.
Aktrisa bildirir ki, həmin dövrdə rejissora qarşı iddia ilə çıxış etməkdən çəkinib, çünki Polanskinin onu ödürməyindən qorxub.
Qeyd edək ki, Roman Polanski daha əvvəl müxtəlif şəxslər tərəfindən pedofiliya, zorlamada ittiham olunub.
Gülşən
Şərhlər