İdman 15:29 27.11.2021

Ronaldo formada qalmağın sirlərini açdı: "Gündə 20 dəqiqə..."

Karyerasını İngiltərədə davam etdirən portuqaliyalı ulduz Kriştiano Ronaldo formada qalmağın sirlərini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, 36 yaşı olmasına baxmayaraq hələ də özünə yüksək səviyyədə baxdığını bildirən "Mançester Yunayted"in ulduzu öz-özünün həkimi olduğunu deyib:  "Özüm öz həkimim, dietoloqu və psixoloquyam. Düzgün işlər görsəniz, başqalarından daha yaxşı olarsınız. Gündə 20 dəqiqə günəş vannası qəbul edirəm. Bilirəm ki, bu mənə kömək edəcək, bədənim üçün faydalı olacaq. Amma bütün günü günəşdə qalsam, mənə zərər verər. 36 yaşım var və hələ də özümə baxıram".

Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində 14 rəsmi matçda 10 qol vurub və 2 məhsuldar ötürmə edib. 

Bu yaxınlarda Ronaldo və onun həyat yoldaşı Georgina Rodriguez əkiz uşaq gözlədiklərini açıqlamışdılar.

Səbuhi Həsənov