Xəbər lenti

Ronaldo
İdman 00:58 20.09.2018

Ronaldo "qırmızı" vərəqə aldı, "Real" və "Yuventus" qələbə qazandı

Çempionlar Liqasının qrup mərhələsində I tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutub. Turnirin son qalibi olan "Real" doğma meydanda "Roma"nı qəbul edib və böyük hesabla qələbə qazanıb.

Ulduz futbolçu Kriştiano Ronaldonu heyətinə cəlb edən "Yuventus" "Valensiya"nın qonağı olub. Ronaldo Turin klubunun heyətində Çempionlar Liqasında keçirdiyi ilk matçda qırmızı vərəqə alıb. Əvəzində "Yuvents" 2:0 hesablı qələbə qazanıb.

"Mançester Siti" gözlənilməz məğlubiyyətlə üzləşib. "Şəhərlilər" doğma meydanda "Lion"a yenilib - 1:2. "Mançester Siti" isə "Yanq Boyz"ı 3:0 hesabı ilə darmadağın edib. "Bavariya" səfərdə "Benfika"ya qalib gəlib. 

Almaniyanın "Hoffenhaym" klubu Çempionlar Liqasında debüt edib və doğma meydanda "Şaxtyor"la "sülh" bağlayıb - 2:2. "Viktoriya" - ÇSKA oyunu da eyni hesabla bitib. "Ayaks" isə evdə AEK-i 3 cavabsız qolla məyus edib.
 
Çempionlar Liqası
Qrup mərhələsi
II tur, 19 sentyabr

E qrupu
Ayaks (Hollandiya) - AEK (Yunanıstan) 3:0
Qollar: Nikolas Taqliafiko, 46; 90. Donni van de Beek, 77. 

Benfika (Portuqaliya) - Bavariya (Almaniya) 0:2
Qollar: Robert Levandovski, 10. Renato Sançes, 54.

F qrupu
Şaxtyor (Donetsk, Ukrayna) - Hoffenhaym (Almaniya) 2:2
Qollar: İsmaili, 27. Maykon, 82 - Florian Qrillitşx, 6. Havard Nordtveit, 38.

Mançester Siti (İngiltərə) - Lion (Fransa) 1:2
Qollar: Bernardo Silva, 67 - Maksvel Kornet, 26. Nabil Fekir, 43.

G qrupu
Viktoriya (Çexiya) - ÇSKA (Rusiya) 2:2
Qollar: Mixael Krmençik, 29; 41 - Fedor Çalov, 49. Nikola Vlasiç, 90+5-pen.
 
Real (İspaniya) - Roma (İtaliya) 3:0
Qollar: İsko, 45. Qaret Beyl, 58. Mariano, 90+2.

H qrupu
Valensiya (İspaniya) - Yuventus (İtaliya) 0:2
Qollar: Miralem Pyaniç, 45-pen; 51-pen.
Qırmızı vərəqə: Kriştiano Ronaldo, 29 (Yuventus).

Yanq Boyz (İsveçrə) - Mançester Yunayted (İngiltərə) 0:3
Qollar: Paul Poqba, 35; 44-pen. Antoni Martial, 66.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->