Ronaldu 1.6 milyon avro dəyəri olan avtomobil alır

Ronaldu 1.6 milyon avro dəyəri olan avtomobil alır

İtaliyanın "Yuventus" komandasının futbolçusu Kriştianu Ronaldu avtomobil kolleksiyasını "Ferrari"nin "Monza" modeli ilə zənginləşdirəcək.

Bu, portuqaliyalı hücumçunun "Ferrari" zavoduna Turin klubunun prezidenti Andrea Anyelli və Direktorlar Şurasının sədri Con Elkann ilə birgə ziyarəti zamanı baş verib. Fyorano trasında 36 yaşlı forvard "Formula 1"də çıxış edən "Ferrari" komandasının pilotları Karlos Sayns və Şarl Lekler ilə görüşüb. O, hər iki sürücünün öz soyadı yazılmış futbolkalarına imza atıb.

Ronaldunun zavoda səfəri bununla məhdudlaşmayıb. Təcrübəli oyunçu 2,9 saniyəyə 100 km/saat sürət yığan "Monza" modelini sifariş edib. Bu idman maşınının iki variantı var: yalnız sürücü kreslosu ilə və əlavə olaraq, sərnişin oturacaqları ilə. Onun hansı varianta üstünlük verdiyi bilinmir.

"Monza" 2018-ci ildə təqdim olunarkən, iki ilə 499 ekzemplyar buraxılacağı vəd edilib. Onlardan birinin qiyməti 1,6 milyon avrodur.

Belə bir avtomobili sifariş etməsi Ronaldunun öz cibindən pul ödədiyi anlamına gəlmir. İstisna deyil ki, bu, "Yuventus"dan öz ulduzuna bir bonusdur. "Ferrari" zavoduna səfərlə eyni vaxtda klubun vitse-prezidenti Pavel Nedved ulduz futbolçunun gələn mövsüm də qalacağını bildirib.//report.az
X
XƏBƏRLƏR
BLOGLAR