Xəbər lenti

Ruhəngiz Qasımova ilə vida mərasimi bu məsciddə olacaq
Sənət 16:21 11.10.2022

Ruhəngiz Qasımova ilə vida mərasimi bu məsciddə olacaq

Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək.
 
Qaynarinfo xəbər verir ki, bu barədə televiziya prodüsseri Oqtay Əliyev məlumat verib. 
 
O bildirib ki, mərhum bəstəkarla vida mərasimi sabah saat 13:00-dan 16:00-dək keçiriləcək.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova 82 yaşında dünyasını dəyişib. Qızının yanında, Honkonqda vəfat edən bəstəkarın cənazəsi bu gün Bakıya gətiriləcək.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->