Xəbər lenti

Rus deputat Fin körfəzinin adının dəyişdirilməsini təklif etdi
Dünya 18:48 29.11.2023

Rus deputat Fin körfəzinin adının dəyişdirilməsini təklif etdi

Rusiya Dövlət Dumasının deputatı Oleq Nilov Finlandiyanın Rusiya Federasiyasına qarşı qeyri-dost addımlarına cavab olaraq Fin körfəzinin adının "Nevski” və ya "Kronştadt” adlandırılmasını təklif edib.

Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Sankt-Peterburqda mənə suallar verirlər: bu münasibəti nəzərə alsaq, məsələn, niyə bizim sevimli körfəzimiz "Fin” adlanır? Onun adının köhnə qaytarılması təklifi var - "Nevski". 1723-cü ildə I Pyotr Kronştadtı qurarkən bu körfəzi "Kronştadt körfəzi” adlandırmışdı. Mən bu cür təklifləri dəstəkləyirəm”, deyə deputat bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın Rusiya ilə sərhədin mühafizəsi üçün hərbi personal göndərmək qərarını həddən artıq tədbir adlandırıb. Noyabrın 29-da Rusiya Federasiyası Finlandiyanın Moskvadakı səfirliyindən Finlandiya tərəfinin iki ölkə arasındakı sərhəddəki sonuncu "Raya-Jooseppi” keçid məntəqəsini bağlamaq qərarına dair nota alıb.

Qeyd edək ki, Fin körfəzi Baltik dənizinin şərq hissəsində yerləşir, sahillərində Finlandiya, Rusiya və Estoniya yer alır. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->