Xəbər lenti

Rus onkoloq beyin xərçənginin əlamətlərini göstərdi
Sağlamlıq 14:27 17.09.2019

Rus onkoloq beyin xərçənginin əlamətlərini göstərdi

Rusiya Klinik Onkoloqlar Cəmiyyətinin mütəxəssisi Qriqori Kobyakov beyin xərçənginin əsas əlamətlərindən danışıb.

Qaynarinfo xəbər verir ki, mütəxəssisin qeyd etdiyi beyin xərçənginin əlamətləri bunlardır:

"Ürəkbulanma, qusma, baş ağrısı, eləcə də şüur və yuxu pozğunluqları mümkündür. Bundan başqa, beynin təsirlənmiş yarımkürəsinin ətraflarla - əl-ayaqla koordinasiyası pozula bilər. Bəzən epileptimorf tutmalar da baş verə bilər”.

Rusiyada hər 100 min insandan 23-ü beyin xərçəngindən əziyyət çəkir. Bu il 34 min yeni xəstə aşkarlanıb. Bunlardan 30 faizində beyin şişi mövcuddur. 
Son illərdə xəstələrin sayının artması ölkəyə gətirilən yeni maqnit rezonans tomoqrafiya (MRT) aparatlarının sayəsində mümkün olub.

Mütəxəssisə görə, xəstəlik prosesinin kompleks gedişatının səbəbi glioblastomadır. 

Kobyakov bəzi hallarda beynində şiş aşkarlanmış xəstələrin sağalmalarının mümkünlüyünü də qeyd edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->