19 dekabr 2016-cı ildə Ankarada sui-qəsd nəticəsində öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov cinayətində şübhəli bilinən daha bir nəfər həbs edilib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, qətli törədən polis Mövlud Mərd Altıntaşla pul əlaqəsi olan və telefon danışıqları həyata keçirən sabiq polis Həsən T. ötən həftə tutulub. Həsən T.-nin cinayətlə əlaqədar istintaq prosesində həbs edilən Sərcan B. ilə də əlaqəsi olduğu bildirilir.
Qeyd edək ki, Həsən T.-yə cinayətkar qruplaşmaya üzv olmaq ittihamı irəli sürülür.
Gülşən
Şərhlər