Xəbər lenti

Rus səfir cinayətində şübhəli bilinən daha bir şəxs həbs edildi
Dünya 12:25 19.07.2018

Rus səfir cinayətində şübhəli bilinən daha bir şəxs həbs edildi

19 dekabr 2016-cı ildə Ankarada sui-qəsd nəticəsində öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov cinayətində şübhəli bilinən daha bir nəfər həbs edilib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, qətli törədən polis Mövlud Mərd Altıntaşla pul əlaqəsi olan və telefon danışıqları həyata keçirən sabiq polis Həsən T. ötən həftə tutulub. Həsən T.-nin cinayətlə əlaqədar istintaq prosesində həbs edilən Sərcan B. ilə də əlaqəsi olduğu bildirilir.

Qeyd edək ki, Həsən T.-yə cinayətkar qruplaşmaya üzv olmaq ittihamı irəli sürülür.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->