Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Kalininqradı vurmaq planına münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, MN-in açıqlamasında bildirilir:
"Rusiya Federasiyasının Kalininqrad bölgəsi səfil ABŞ generalları tərəfindən hazırlanan istənilən plana qarşı etibarla müdafiə olunur. Onlar hərbi liderlərin əsas göstərişlərindən birini daha yaxşı bilirlər: hər plan müharibədən əvvəl yaxşıdır".
Rusiyanın XİN sözçüsü Mariya Zaxarova isə amerikalı general Cefri Lii Harriqyanın açıqlamasını təhlükə adlandırıb.
Qeyd edək ki, ötən günlərdə ABŞ-Rusiya nüvə müharibəsinin simulyasiya videosu hazırlanmışdı. Həmin videoda Rusiya Avropaya nüvə zərbəsi endirir, ABŞ isə Kalininqrad şəhərini hədəf alırdı.
ABŞ Hava Qüvvələrinin Avropa və Afrika üzrə rəhbəri erməni əsilli general Cefri Lii Harriqyan bu fikrə münasibət bildirib. Harriqyan Rusiyanın Avropada nümayiş etdirəcəyi aqressiv addıma Kalininqradı vurmaqla cavab verəcəklərini, Pentaqonun bunun üçün planı olduğunu açıqlayıb.
Gülşən
Şərhlər