Xəbər lenti

Rusiya:
Dünya 14:45 15.11.2017

Rusiya: "ABŞ İŞİD-i müdafiə edir"

Rusiya müdafiə nazirliyi ABŞ-ı Suriyadakı İŞİD qüvvələrini vurmaqdan imtinada ittiham edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, nazirliyin açıqlamasında "ABŞ ordusu 9 noyabrda Suriyanın Əbu Kamal bölgəsini tərk edən və kilometrlərlə uzanan İŞİD konvoyuna hücum təşkil etməkdən imtina etdi. Terror qrupu Suriya-İraq sərhəddindəki Sabha vadisinə doğru irəliləyir. ABŞ bütün xəbərdarlıqlara baxmayaraq terrorçuların təslim olmasını əsas gətirərək hərbi əməliyyatlara başlamadı" deyilir.

Müdafiə nazirliyi həmçinin qeyd edir ki, bu ilk belə hadisə deyil. ABŞ bundan əvvəl də terrorçuların qaçması üçün yeni qapılar açıb. 

Gülşən
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->