Rusiya Dağlıq Qarabağı öz tərkibinə qatmaq istəyir? - Lavrovdan açıqlama

Rusiya Dağlıq Qarabağı öz tərkibinə qatmaq istəyir? - Lavrovdan açıqlama

"Anladığım qədər Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb, o cümlədən Ermənistan özü tanımayıb”.

APA-nın xəbərinə görə, bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olması ilə bağlı ekzotik suala gəldikdə isə, deyim ki, Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmır, o cümlədən Ermənistan tərəfindən tanınmır. Bizim isə buna yaxın fikrimiz belə yoxdur", - deyə Rusiya XİN başçısı vurğulayıb.

O, Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə qatmaq niyyətində olmadığını da bildirib.

"Hesab edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr tərəfindən, ilk növbədə Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Biz bu cür həll yolunu tapmağa yardım etməyə davam edəcəyik. Hansı ki, bu həll regionda sülhü və təhlükəsizliyi, ən əsas da burada hər zaman yaşayan insanların təhlükəsizliyini təmin edəcək”, - deyə S. Lavrov qeyd edib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR