Xəbər lenti

Rusiya
Texnologiya 15:09 21.01.2019

Rusiya "Facebook" və "Twitter"ə 1 ay vaxt verdi

Rusiya Rabitə, İnformasiya Texnologiyaları və KİV-ə Nəzarət Üzrə Federal Xidmət "Facebook" və "Twitter"ə qarşı inzibati prosesə start verib.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, sosial şəbəkələr Rusiyanın yerli informasiya qanunlarına necə əməl etməyi planlaşdırdıqlarını izah etməyiblər. Rusiya qanunlarına görə, rusiyalıların şəxsi məlumatlarını toplayan serverlər Rusiyada yerləşməlidir. 

Federal Xidmətin rəhbəri Aleksandr Jarov açıqlamasında bildirib ki, "Facebook" və "Twitter"in məsələyə aydınlıq gətirmələri üçün 1 ay vaxtları var. Tələbə əməl edilməsə, hər iki şirkət əleyhinə addımlar atılacaq. Sosial şəbəkələri pul cəriməsi, bloklanma, texniki çətinlik yaratma kimi əks addımlar gözləyir.

Rusiya son 5 ildə sərt internet qanunları ilə diqqət çəkir. Ölkə, axtarış saytlarından bəzi məlumatları silmək, mesaj xidmətlərinə şəxsi mesajları, şəxsi məlumatları paylaşmaq kimi tələblər irəli sürüb. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->