Xəbər lenti

Rusiya hərbçilərini Suriyadan çıxardı
Dünya 13:30 26.06.2013

Rusiya hərbçilərini Suriyadan çıxardı

Rusiya Suriyanın Tartus şəhərində yerləşən maddi-texniki təchizat bazasından öz hərbi heyətini tam şəkildə çıxarıb.

APA-nın məlumatına görə, “Vedomosti” qəzeti Müdafiə Nazirliyindəki mənbəyə istinadən şəxsi heyətin Suriyadan çıxarılmasını onların həyatını təhlükə altına atmamaq, bundan başqa, Rusiya Suriyadakı hərbçilərlə bağlı hər hansı insidentin arzuolunmaz siyasi rezonansa səbəb olacağından ehtiyatlanır. 

Bununla Rusiyanın hazırda Tartusdakı hərbi bazasında nə hərbi, nə mülki heyəti qalmayıb. 

Müdafiə nazirinin müavini Mixail Boqdanov ərəb mətbuatına bildirib ki, Tartusdakı məntəqə strateji əhəmiyyət daşımır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->