"Bloomberg” agentliyi Rusiya Federasiyasının rəhbərliyi üçün Rusiya iqtisadiyyatındakı real vəziyyəti əks etdirən məxfi hesabatın surətini əldə edib.
ABŞ və Avropa sanksiyalarının təsiri gücləndikcə Rusiya daha uzun və daha dərin tənəzzüllə üzləşə bilər. Ən böyük zərbə isə Rusiya iqtisadiyyatının illərdir arxalandığı sənaye sahələrinə dəyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi Rusiya Federasiyası rəhbərliyinin avqustun 30-da keçirilən qapalı görüşü üçün hazırlanmış məxfi hesabata istinadən xəbər
verir.
Onun müzakirəsi ilə tanış olan şəxslər sənədin həqiqiliyini təsdiqləyiblər.
Agentliyin qeyd etdiyi kimi, sənəd Ukraynanın işğalı ilə əlaqədar Rusiya Federasiyasının iqtisadi təcridinin həqiqi təsirini qiymətləndirməyə çalışan məmurların və ekspertlərin aylarla davam edən işinin nəticəsidir və bu, rəsmi bəyanatlardan fərqli olaraq daha "qaranlıq mənzərə” yaradır.
Hesabatdakı üç senaridən ikisi iqtisadiyyatın çökməsinin 2023-cü ildə sürətlənəcəyini və müharibədən əvvəlki səviyyəyə yalnız onilliyin sonunda və ya daha sonra qayıdacağını göstərir.
"İnersiyalı” senari Rusiya iqtisadiyyatının 2023-cü ildə 2021-ci ilə nisbətən 8,3%, 2024-cü ildə isə 6% azalacağını proqnozlaşdırır.
"Stresli” ssnari 2021-ci illə müqayisədə ÜDM-in 2023-cü ildə 11%, 2024-cü ildə isə 11,9% azalacağını nəzərdə tutur.
Bütün senarilər daha çox ölkənin qoşulacağı sanksiya təzyiqinin artmasını nəzərdə tutur. Hesabatda deyilir ki, Avropanın Rusiya neft və qazından imtinası Kremlin daxili bazarı təmin etmək imkanlarına da zərbə vuracaq.
Artıq Rusiyanın idxal və ixracının dörddə birini əhatə edən sanksiyalara əlavə olaraq, hesabatda Rusiyanın "faktiki olaraq hər bir nəqliyyat növünə təsir edən” "blokada” ilə necə üzləşdiyi təfərrüatlı şəkildə göstərilir.
Rusiya iqtisadiyyatına təzyiq texnoloji və maliyyə məhdudiyyətləri ilə artır. Hesabatda 2025-ci ilə qədər 200.000-ə qədər İT mütəxəssisinin ölkəni tərk edə biləcəyi təxmin edilir.
İxrac
Növbəti və ya iki il ərzində Rusiya Federasiyası "bir sıra ixracyönümlü sektorlarda istehsal həcmlərinin azalacağını" gözləyir: neft və qazdan metallurgiyaya, kimya və ağac ixracına qədər. Hesabatda deyilir: "Bu sektorlar artıq iqtisadiyyatın aparıcı qüvvəsi olmayacaq.
Avropaya (Rusiyanın əsas ixrac bazarı) qaz tədarükünün tamamilə dayandırılması vergi gəlirlərinin ildə 6,6 milyard dollar itirilməsi bahasına başa gələ bilər. Hesabatda bildirilir ki, hətta ortamüddətli perspektivdə itirilmiş bazarları yeni ixrac istiqamətləri ilə tam kompensasiya etmək mümkün olmayacaq.
Neft və qaz sektoruna təsir
Hesabatda deyilir ki, karbohidrogen hasilatı azalacaq və bu, Kremlin daxili qaz bazarını genişləndirmək məqsədini təhlükə altına qoyur. Ən vacibi mayeliləşdirilmiş təbii qaz (MTQ) zavodlarının tikintisi üçün lazım olan texnologiyanın olmamasıdır.
Avropanın Rusiya neft məhsullarının idxalını dayandırmaq planları (2021-ci ildə ixracın 55%-ni təşkil edib) həm də istehsalın kəskin azalmasına, nəticədə daxili bazarda yanacaq qıtlığına səbəb ola bilər.
Bundan əlavə, hesabatda Rusiya metallurqlarının sanksiyalara görə ildə 5,7 milyard dollar itirəcəyi bildirilir.
Hesabatın müəllifləri xəbərdarlıq edirlər ki, dünya iqtisadiyyatı tənəzzülə doğru gedərsə, Rusiya ixracın daha da azalması ilə üzləşəcək və ilk növbədə onun məhsullarına tələbat yoxa çıxacaq. Bu, rublun ucuzlaşmasına və inflyasiyanın artmasına səbəb olacaq.
İdxal tərəfində isə "əsas qısamüddətli risk idxal xammal və komponentlərin çatışmazlığı səbəbindən istehsalın dayandırılmasıdır", - hesabatda deyilir. Uzunmüddətli perspektivdə xaricdən gətirilən avadanlıqları təmir edə bilməmək iqtisadi artımı həmişəlik məhdudlaşdıra bilər.
"Əsas idxal"
"Bəzi kritik mallar üçün sadəcə olaraq alternativ təchizatçılar yoxdur", - hesabatda deyilir.
Kremlin xarici tədarükləri əvəz etmək səylərini açıqladığı kənd təsərrüfatı sektorunda belə, xarici amillərdən asılılıq rusları ərzaq istehlakını azaltmağa məcbur edə bilər.
Kremlin xarici tədarükləri əvəz etmək səylərini açıqladığı kənd təsərrüfatı sektorunda belə, xarici amillərdən asılılıq rusları ərzaq istehlakını azaltmağa məcbur edə bilər.
Hesabatda vurğulanır ki, Qərb texnologiyalarına çıxışın məhdudlaşdırılması Rusiya Federasiyasının mövcud standartlardan bir və ya iki nəsil geri qalmasına gətirib çıxaracaq, çünki o, Çin və Cənub-Şərqi Asiyadan daha az inkişaf etmiş alternativlərə bel bağlamaq məcburiyyətində qalacaq.
Sektorlar üzrə sanksiyaların təsiri aşağıdakı kimi görünür:
- Kənd təsərrüfatı: quşçuluq istehsalının 99%-i və südlük mal-qara istehsalının 30%-i idxaldan asılıdır. Şəkər çuğunduru və kartof, balıq yemi və amin turşuları kimi əsas məhsullar üçün toxumlar kritik dərəcədə idxaldan asılıdır.
- Aviasiya: sərnişin axınının 95%-i xaricdə istehsal olunan təyyarələrin payına düşür və xaricdən gətirilən hissələrə çıxışın olmaması onların xidmətdən çıxması ilə parkın azalmasına səbəb olacaq.
- Maşınqayırma: Rusiya Federasiyasında dəzgahların yalnız 30%-i Rusiyanın özündə istehsal olunur, yerli sənaye avadanlıqlara artan tələbatı ödəyə bilmir.
- Əczaçılıq: Rusiya istehsalının təxminən 80%-i idxal olunan xammaldan asılıdır.
- Nəqliyyat: Aİ məhdudiyyətləri avtomobil nəqliyyatının qiymətini üç dəfə artırıb.
- Rabitə və İT: 2022-ci ilə qədər Rusiya Federasiyasının telekommunikasiya sektoru dünya liderlərindən beş il geri qalacaq, 2025-ci ilə qədər isə SİM kart çatışmazlığı yaranacaq.
Nizami Bağırov
Şərhlər