Beynəlxalq Valyuta Fondunun missiyası Ukraynada yeni genişləndirilmiş maliyyələşdirmə proqramının işə salınması üzərində işləməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə fondun məlumatında
bildirilib.
"Beynəlxalq Valyuta Fondunun missiyası, rəhbəri Qevin Qreyd olmaqla, bu gün Ukrayna hakimiyyəti nümayəndələri ilə yeni genişləndirilmiş maliyyələşdirmə proqramının (EFF) başlanması ilə bağlı müzakirələrə başlayıb”, – məlumatda deyilir.
Müzakirələr hökumətin iqtisadi siyasətinə fokuslanacaq, xüsusilə də vergi və pul-kredit siyasətinə diqqət yetiriləcək, məqsəd davamlı və son dərəcə yüksək qeyri-müəyyənlik şəraitində stabilliyi təmin etməkdir. Eyni zamanda struktur tədbirlərə – idarəetmənin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə və iqtisadi artımın dəstəklənməsi – də diqqət yetiriləcək.
Xatırladaq ki, Milli Bank (NBU) Beynəlxalq Valyuta Fondunun təzyiqi altında qrivnanın devalvasiyasını həyata keçirməyə məcbur qalır.
Alpər
Şərhlər