Xəbər lenti

Rusiya, İran və Çin birgə hərbi təlim keçirəcək
Dünya 15:27 08.02.2021

Rusiya, İran və Çin birgə hərbi təlim keçirəcək

Fevralın ortalarında Rusiya, İran və Çin hərbi dəniz qüvvələrinin Hind okeanında növbəti hərbi təlimi keçiriləcək.

Qaynarinfo "RİA Novosti”yə istinadən xəbər verir ki, bu plan barədə Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildririb.

Onun sözlərinə görə, təlim 2021-ci il fevralın ortalarında Hind okeanının şimal hissəsində keçiriləcək.

Qeyd edək ki, 2019-cu il dekabrın sonunda Rusiya, İran və Çinin "Dəniz təhlükəsizliyi qurşağı” adı altında hərbi dəniz təlimi reallaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->