Xəbər lenti

Ölkə 18:49 17.05.2024

"TikTok" dələduzluq etməkdə ittiham olunan şəxs məhkəmə qarşısında

"TikTok"da kibercinayətkarlıqda ittiham olunan şəxs barəsində aparılan istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilib. 

Qaynarinfo-nun məlumatına görə, Raul Rəşad oğlu Əmrahov "TikTok"da "@gizlikamerasatisi" adlı səhifə yaradaraq, sosial şəbəkə istifadəçilərinə qarşı qanunazidd hərəkətlərə yol verib. Həmin sosial şəbəkə vasitəsi ilə Rəşad Əmrahov iki nəfərin kart hesablarından 920 manat və 1200 avro oğurlamaqda şübhəli bilinib. 

Rəşad Əmrahovun qanunsuz əməllərindən 26 nəfər zərərçəkmiş qismində tanınıb. 

İşə hakim Firuzə Kərimovanın sədrliyi ilə baxılacaq. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->