Xoan Laporta nın ehəbərlik etidi "Barselona" rəhbərliyi baş məşqçi dəyişikliyi ilə bağlı son qərarı verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Laporta məsləhətçiləri ilə bir neçə məsləhətləşmədən sonra artıq klubdan ayrılmaq istədiyini bildirmiş baş məşqçi Xavi ilə yollarını ayırmaq qərarına gəlib. Bundan əvvəl - apreldə isə tərəflər arasında 2024/25 mövsümündə əməkdaşlığı davam etdirmək üçün razılıq əldə olunmuşdu.
Qeyd edək ki, bu mövsüm "Real Madrid" İspaniya çempionu olub. "Barselona" hazırda 79 xalla ikinci yerdədir. Komanda Çempionlar Liqasında da uğursuz çıxış edib.
Aydın
Şərhlər