Xəbər lenti

Putin:
Dünya 15:15 17.05.2024

Putin: "Rusiyanın Xarkovu işğal etmək planı yoxdur"

Rusiya prezidenti Vladimir Putin rus qoşunlarının Xarkov əməliyyatının məqsədlərini açıqlayıb.
 
Onun sözlərinə görə, bu, Rusiya regionlarının atəşə tutulmasına cavab olaraq bufer zonası yaratmaq cəhdidir. Rusiya Xarkovu almaq fikrində deyil, prezident əmin edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” yazır.

"Biz "xüsusi hərbi əməliyyat” zonasında Rusiya Federasiyasının sərhədyanı rayonları ilə bufer zonası yaradırıq, bunu artıq edirik”, - Vladimir Putin Harbində jurnalistlərin Rusiyanın Xarkovla bağlı planları barədə sual verərkən deyib.

Xatırladaq ki, mayın 11-də Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində bir neçə kəndin Rusiya ordusunun nəzarətinə keçdiyini açıqlayıb. Ertəsi gün Rusiyanın hücumunu Ukrayna prezidenti Volodimir Zelenski də təsdiqləyib. "Reuters” mənbələri Rusiyanın Xarkov vilayətində 10 km-lik bufer zonası yaratmaq istədiyini bildirib. Vladimir Putin hələ 2023-cü ildə bufer zona yaratmaq planlarından danışıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->