Rusiya Federal Gömrük Servisi ölkənin bu ilki neft və qaz gəlirləri barədə məlumat yayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın neft ixracatından əldə etdiyi gəlir 28,9% artaraq 76,93 milyard dollar olub. İxrac edilən neftin miqdarı 213, 716 milyon tona çatıb. Bu dəyişiklik 2017-ci ilin yanvar-oktyabr ayı ərzində baş verib.
2017-ci ilin ilk 9 ayı ərzində ixrac edilən təbii qazın miqdarı 6,3% artaraq 168,2 milyard kubmetrə, gələn gəlir isə 22,1% yüksələrək 29,8 milyard dollara çatıb.
Gülşən
Şərhlər