Rusiyada "Pobeda" aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.
Qaynarinfo xəbər verir ki, hadisə Soçi hava limanında baş verib. İldırım Kazandan hava qalxmış təyyarənin füzelyajına Soçidə enərkən vurub.
Hadisədən sonra təyyarə "Vnukovo" hava limanına yollanıb. Aviaşirkətin nümayəndəsinin sözlərinə görə, müasir dövrdə ildırımın təyyarəni vurmağı təhlükəli bir hadisə deyil, ancaq mütəxəssislər qaydalarla nəzərdə tutulmuş bütün tədbirləri yerinə yetirəcək.
Şərhlər