Xəbər lenti

Rusiyada ailə institutu dağılır - Səbəb
Dünya 14:22 11.09.2019

Rusiyada ailə institutu dağılır - Səbəb

Rusiyada boşanmaların sayı azalıb.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat "Rosstat" tərəfindən verilib. 2019-cu ilin əvvəlindən qeydə alınan 1000 nikahdan 621-i pozulub. 2018-ci ilin ilk yeddi ayında bu rəqəm 705 nikaha bərabər idi. Belə ki, rusiyalılar ötən illə müqayisədə boşanmağa 12% daha az meyillidir. 

Mütəxəssislər bildirir ki, buna səbəb əhalinin gəlirlərinin azalmasıdır. Ortaq iqtisadiyyat qurmaq insanlara daha çox sərf edir.

2018-ci ilin ilk 7 ayında hər min ailədə 4,1 boşanma halı qeydə alınmışdısa, 2019-cu ildə bu, 3,2-yə bərabər olub.

Lakin bu hesablama mütləq şəkildə dəqiq hesab edilmir. Rusiyada 20-30 yaşlı gənclər nikah bağlamağa üstünlük vermir. 

Ən çox boşanma halı Sankt-Peterburqda qeydə alınıb. Burada qurulan hər min ailənin 889-u uğursuzluqla nəticələnib. 878 boşanma ilə Saxalin 2-ci, 856 boşanma ilə Nenets Muxtar Dairəsi isə 3-cü yerdə qərarlaşıb.

Qurulan ailələrdə uğursuz sonluq ən az Şimali Qafqazda qeydə alınıb. Ən güclü ailə institutuna sahib ərazi Çeçenistandır. Burada boşanma sayı hər min ailədə cəmi 147-dir. Tuvada bu rəqəm 251, Dağıstanda 278, Şimali Osetiyada 488-dir. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->